Meksika səfirliyi Dillər Festivalında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika səfirliyi Dillər Festivalında iştirak edib - FOTO

16:34 - 21 / 02 / 2018
Meksika səfirliyi Dillər Festivalında iştirak edib - FOTO

Bütün dünyada 21 fevral tarixi Ana Dili Günü kimi qeyd olunur. Bu səbəbdən, Beynəlxalq Azərbaycan Məktəbi (TİSA) Dillər Festivalı təşkil edib.

1news.az-a Meksika səfirliyindən verilən məlumata görə, sərəfli qonaq qismində iştirak etmək üçün dəvət olunan bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini ölkəsindəki linqvistik mühit barədə məlumat təqdim edib.

Məktəb auditoriyası önündə çıxış edən diplomat bildirib ki, ən çox danışılan dil ispan dilidir. Buna baxmayaraq, altmış doqquz yerli dildə danışılır və hər birinin öz müvafiq xüsusiyyətləri vardır, bu isə Meksikanı dünyanın ən yüksək linqvistik müxtəlifliyə malik olan ölkələrdən birinə çevirir.

Diplomat,  həmçinin yerli xalqların dillərinin möhkəmlənməsi, qorunması, inkişafı və təbliğinə yönəlmiş Yerli Dillərin Milli İnstitutu (INALI) haqqında söz açdı.

Meksikada ana dilində danışmaq və təhsil almaq hüququ tanınır və qorunur, məhz ona görə, yerli əhali müəssisə, mədəni-ictimai məkanlar və kütləvi informasiya vasitələrində ünsiyyət qurmaq üçün öz dillərindən tam şəkildə istifadə edir. Bu linqvistik müxtəliflik meksikalılar tərəfindən yüksən qiymətləndirilir və onların mədəni irsi hesab olunur.

Səfirin çıxışından sonra iki açıq dərs keçirildi və onlardan biri Meksika mətbəxinə, xüsusi olaraq, kesadiyaların hazırlanmasına həsr olundu. Bildiyimiz kimi, Meksika mətbəxi Bəşəriyyətinin Qeyri-Maddi Mədəni İrsi hesab olunur və bu təam bütün dünyada məhşurdu. Kesadiyalar tortiya (qarğıdalı və ya buğda unundan hazırlanan) və əsasən pendirli içlikdən hazırlanır. Buna baxmayaraq, bölgədən asılı olaraq onun növləri fərqlənir, belə ki, bəzi kesadiyaların içliyi göbələk, kartof, kəsmik, toyuq əti, balıq, ət və s. məhsullardan hazırlanır.

TİSA-nın tələbələri böyük maraqla kesadiyaların hazırlanmasında iştirak edib, bu prosesin xüsusiyyətlərini öyrəndilər.

P.Sultanova

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər