Hicran Hüseynova Füzulidə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hicran Hüseynova Füzulidə vətəndaşları qəbul edəcək

1news Redaksiyası21:06 - 21 / 02 / 2018
Hicran Hüseynova Füzulidə vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 27-də Füzuli rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

1news.az-ın məlumatına görə, saat 10:15-də başlayacaq qəbulda Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Tərtər, Bərdə, Ağdam, Füzuli rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Füzuli rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

1news.az

Paylaş:
610

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər