Nəsimi və Yasamal rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nəsimi və Yasamal rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

18:49 - 22 / 02 / 2018
Nəsimi və Yasamal rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Məlumata görə, Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədar bu gün 23:00-dan 23 fevral saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.

1news.az

Paylaş:
842

Son xəbərlər

Bütün xəbərlər