Polis qanunsuz ağac kəsəni tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis qanunsuz ağac kəsəni tutub

14:33 - 24 / 02 / 2018
Polis qanunsuz ağac kəsəni tutub

Fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. 

24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər