Sumqayıtda gənc oğlanı borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar   | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda gənc oğlanı borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar  

17:55 - 24 / 02 / 2018
Sumqayıtda gənc oğlanı borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar  

Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb.

Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və o, yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

 

 

Paylaş:
683

Son xəbərlər

“Azərbaycan münasibətlərin tənzimlənməsində qeyri-hərbi münasibətlərə üstünlük vermişdi” - PolitoloqBu gün, 16:45XİN Katrin Kolonaya cavab veribBu gün, 16:29Qarabağın erməni sakinlərinə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılırBu gün, 16:12Yevlax görüşünün nəticəsi: Reinteqrasiya üzrə planlar təqdim edildiBu gün, 16:10Qarabağın erməni sakinləri ilə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilibBu gün, 16:08Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb - TƏFƏRRÜATBu gün, 16:06“Ordumuzun növbəti tarixi uğurundan sonra yeni reallıqlar yarandı” - DeputatBu gün, 15:54XİN sözçüsü: “Antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunub və mülki əhali hədəf alınmayıb”Bu gün, 15:26Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib - FOTOBu gün, 15:23İlham Əliyev Rusiya sülhməramlılarının faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı veribBu gün, 15:03Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olubBu gün, 14:55Sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılırBu gün, 14:43Gələn il pensiya və maaşlar nə qədər artırılacaq? - Deputatdan AÇIQLAMABu gün, 14:32Hikmət Hacıyev: “Sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdırBu gün, 14:25Azərbaycanın gələn il qaytaracağı borcun məbləği açıqlanıbBu gün, 14:02Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş çatıb - FOTO - VİDEO - YENİLƏNİBBu gün, 13:26Köməyimiz bir gənc ananı yaşada bilər: “Qızımı özüm böyütmək istəyirəm” - FOTOBu gün, 13:25AMB: Ötən iki gün ərzində fişinq hücumlar kifayət qədər artıbBu gün, 13:16Sahibə Qafarova Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında çıxış edibBu gün, 13:08AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıbBu gün, 13:03
Bütün xəbərlər

Next TV