Bəhreyn aviaşirkəti Bakıya uçuşlara başlamağı planlaşdırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bəhreyn aviaşirkəti Bakıya uçuşlara başlamağı planlaşdırır

20:16 - 26 / 02 / 2018
Bəhreyn aviaşirkəti Bakıya uçuşlara başlamağı planlaşdırır

Bəhreynə məxsus “Gulf Air” aviaşirkəti Bakıya birbaşa uçuşlara başlamağı planlaşdırır.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Gulf Air” şirkəti 2018-ci ilin aprel ayından etibarən 5 ölkəyə - Azərbaycan, Mərakeş, Hindistan, Səudiyyə Ərəbistanı və Misirə ümumilikdə 8 istiqamət üzrə uçuşlara başlayacaq. Bakıya planlaşdırılan uçuşun müddəti 4 saat 25 dəqiqədir.

Qeyd edək ki, bu yaxınlarda Bəhreyn hökuməti Azərbaycan vətəndaşları üçün elektron viza sisteminə keçidi təmin edib.

Məlumatda, həmçinin “Gulf Air” aviaşirkətinin bu il 39 təyyarə almağı planlaşdırdığı da bildirilir.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər