Regionlarda əhalinin kütləvi tibbi müayinəsi aparılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionlarda əhalinin kütləvi tibbi müayinəsi aparılır – FOTO

11:40 - 26 / 02 / 2018
Regionlarda əhalinin kütləvi tibbi müayinəsi aparılır – FOTO

Ölkə Prezidentinin tapşırığı ilə bu il 12 fevral tarixindən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələrinə başlanılıb.

1news.az-ın məlumatına görə, mayın 12-nə kimi davam edəcək müayinələr demək olar ki, bütün regionları əhatə edir. Bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunublar.

Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və müxtəlif xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir.

Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəgərində və bölgələrdə faəliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.

Fevralın 23-də Şəki Mərkəzi Rayon Xəstəxanasında bölgədə əhalinin tibbi müayinəsinə həsr edilmiş mətbuat konfransı keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin nümayəndələri ilə yanaşı Şəki və ətraf rayonların mərkəzi xəstəxanalarının baş həkimləri iştirak ediblər.

Respublikanın baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova çıxış edərək bildirib ki, keçən il Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən profilaktik tibbi müayinələrə ölkə üzrə 18 yaşdan yuxarı 5 milyon 499 min 863 nəfər cəlb olunub. Onlardan 68 min 427 nəfəri dispanser nəzarətinə alınıb, 233 min 458 nəfərin sağlamlığı bərpa olunub. Müayinə olunanların 27 min 59 nəfəri hospitalizasiya olunub, 2 milyon 41 min 388 nəfəri əlavə müayinələrə cəlb edilib.

Baş mama-ginekoloq ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlərin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil edilən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir. Xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən tibbi müayinələr əhalinin sağlamlığının bərpasında, gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır.

Sevinc Məmmədova qeyd edib ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Səhiyyə Nazirliyi tərəfindən 4 həkim briqadası yaradılıb. Bu briqadalar mayın 12-nə kimi dörd müxtəlif istiqamətdə - Lənkəran, Şəki, Gəncə və Quba istiqamətində fəaliyyət göstərəcək.

Bu briqadaların tərkibinə oftalmologiya, endokrinologiya, nevrologiya, cərrahiyyə, ginekologiya sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislər daxil edilib. Onlar ağır, xroniki xəstəlikləri olan insanları bölgə xəstəxanalarında müayinə edir, lazım gələrsə, müalicəsinə yardım göstərirlər.

Artıq 4-cü ildir ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinəsinin keçirildiyini deyən Sevinc Məmmədovanın sözlərinə görə, əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.

Baş mama-ginekoloq evdə doğuş hallarının baş verməsinə də toxunaraq son illər bu kimi halların sayının kəskin azaldığını diqqətə çatdırıb, səbəbini isə doğuşayardım müəssisələrinin keyfiyyətli xidmət göstərməsi ilə əlaqələndirib:

“Bu gün ölkənin ən ucqar kəndində yaşayan qadınların belə doğuşuna cavabdeh şəxslər var. Hamilə qadının kənddən şəhərə getməsi vacib deyil. Həkimlər ayda 1-2 dəfə kəndlərə gedərək dövri müayinəni həyata keçirirlər. Müayinə zamanı hamilə qadında hər hansı bir fəsadlaşma baş verərsən həmin qadın dərhal qospitala yerləşdirərək ona lazım olan tibbi yardımı göstərirlər. Əlbəttə ki, şəraitlə bağlı olaraq evdə doğuşlar hələ də baş verir. Lakin rəsmi məlumata görə, bu, çox aşağı səviyyədədir”.

Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Novruzov qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilir:

“Bu məqsədlə MRX-nın Poliklinika şöbəsində 5 terapevtik kabinet, laboratoriyalar, 5 ultrasəs müayinəsi kabineti, 2 elektrokardioqrafiya endoskopiya, 2 rentgen kabineti, bütün dar ixtisaslı mütəxəssislərin kabineti fəaliyyəti göstərir. Rayon üzrə ümumilikdə 18 yaşdan yuxarı 84 137 nəfərin müayinədən keçirilməsi nəzərdə tutulub. Artıq bu günə qədər 5783 nəfər tibbi müayinədən keçib. Onlardan 445 nəfərə ambulator müalicə təyin olunub, 45 nəfər stasionar müayinəyə cəlb olunub, 16 nəfər isə ixtisaslı müayinə və müalicə üçün Bakıya göndərilib”.

Baş həkim bildirib ki, rayon üzrə ümumilikdə 71 məntəqədə müayinə aparılması nəzərdə tutulub. Bunlardan biri Şəki şəhərində, qalanı isə kəndlərdədir. Həkim və tibb məntəqələrinin olduğu kəndlərlə yanaşı, uzaq yerlərdə də müayinəni təşkil etmək üçün səyyar briqadalar təşkil olunub. Onlar məntəqələrə gələ bilməyən insanları elə yerindəcə müayinə edirlər. Hərtərəfli müayinəyə ehtiyac yarandıqda isə onların poliklinikaya gəlməsi üçün şərait yaradılır.

Qax Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Cəmaləddin Hacıyev bildirib ki, digər rayonlarda olduğu kimi Qax rayonunda da əhalinin tibbi müayinəsinin təşkili üçün bütün zəruri tədbirlər görülüb, tibbi müayinədən keçəcək şəxslərin siyahısı tərtib olunub.

Cəmaləddin Hacıyev ötən illə müqayisədə bu il müayinə üçün edilən müraciətlərin sayının daha çox olduğunu da diqqətə çatdırıb: “Keçən ilə nisbətən bu il aktivlik daha yüksəkdir. Bunun əsas səbəblərindən biri də insanların regionlardakı həkimlərə inamının artmasıdır. Müayinə müddətində 6 mindən çox Qax sakini müayinədən keçirilib, keçən həftə ərzində onlardan 6 nəfər stasionar müalicəyə cəlb olunub, cəmi 1 nəfəri Bakıya müalicəyə göndərilib”.

Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov bildirib ki, müayinə aylığı müddəti ərzində 0-17 yaşdan yuxarı yaş qrupu üzrə 31 582 nəfər rayon sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub:

“Fevralın 12-dən bu günə kimi ümumilikdə 3504 nəfər müayinədən keçib. Müayinə zamanı 121 nəfərdə xəstəlik aşkarlanaraq ambulator müalicəyə, 28 nəfər stasionar müalicəyə cəlb olunub, 10 nəfər isə Bakıya göndərilib. Sağlamlıqları ilə əlaqədar müayinədə iştirak edə bilməyən əhalinin müayinəsi üçün iki həkim briqadası yaradılıb. Onlar cədvəl üzrə kəndlərə göndərilərək yerlərdə kənd əhalisini müayinə edəcəklər”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Aris Rüstəmov isə tibbi müayinələrin əhəmiyyətindən danışıb. Regionlarda yaşayan əhalinin müayinəsinin Bakıdan ezam olunmuş yüksəkixtisaslı həkimlər tərəfindən aparıldığını xüsusi vurğulayan Aris Rüstəmov əhalini müayinələrdə fəal iştirak etməyə çağırıb.

Babək Cahandarov

Paylaş:
1858

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər