Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

09:10 - 27 / 02 / 2018
Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

Bu gün Novruz bayramı ərəfəsində çərşənbələrin birincisi – Su çərşənbəsidir.

Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb.

1news.az xəbər verir ki, hələ lap qədim dövrlərdən Şərqdə yaz fəslinin gəlməsi münasibətilə şənliklər keçirilib, baharın ilk günü yeni ilin başlanğıcı kimi qeyd edilib. Yazın gəlişinə az vaxt qalmışdan bayrama ciddi tədarük görülür və hamı yazı layiqincə qarşılamağa çalışır. Çünki inanca görə, yeni ili necə qarşılasan, elə də yola salarsan.

Novruz bayramına qədər dörd həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara boz ayın çərşənbələri də deyilir. Çərşənbələrin hərəsinin bir ünsürlə bağlı olması isə təsadüfi deyil. Əski inamlara görə, bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri “dirilib”. Çünki yazın gəlişi məhz bu dörd ünsürlə - su, od, yel və torpaqla bağlıdır.

Bu gün isə Novruz bayramının yaxınlaşmasından xəbər verən və boz ayın dörd müqəddəs çərşənbəsindən ilki olan Su çərşənbəsidir. Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə”, “sular Novruzu” adları ilə də məlumdur.

Qədim inam və etiqadlara görə, Su çərşənbəsində yeni ilin gəlməsi ilə birlikdə təbiətin dörd ünsüründən biri olan su da yenilənir. Buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqəlidir.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.

Su çərşənbəsinin səhəri hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar.

Qızlar bulaqdan gətirdikləri sudan evin ətrafına, dövrəsinə səpərlər. Böyüklü-kiçikli hamı bu sudan üzünə çiləyər. Tonqalı, lopanı Od çərşənbəsində alışdırsalar da, Su çərşənbəsi də odsuz-ocaqsız olmaz. Çünki Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir.

Bundan əlavə, Su çərşənbəsində süfrəyə su qoymaq lazımdır. Qədim xalq adətlərinə əsasən, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz.

Su çərşənbəsi ilə əlaqədar çoxlu inanclar, fallar, türkəçarələr, bayatılar var. Məsələn, inanca görə, süfrəyə suyun dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar və yaxud lal axan sudan keçməzlər kimi deyimlər indi çoxları üçün aktualdır.

Daha bir adətə görə isə Su çərşənbəsinin səhəri alaqaranlıqda bulaq başına gedib gördüyün yuxunu suya danışmaq lazımdır. Bundan başqa, həmin gündə bulaq başına gedərək orada yuyunmaq əlaməti ilboyu sağlam olmağa işarədir. Bulaq başında tonqal qalamaq da bu günün adətlərindəndir.

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur. Məsələn, su olan yerdə dirilik olar, su ehsandır, su murdarlıq götürməz, suyu çirkləndirənin nəşini yumağa su tapılmaz və s.

Su çərşənbəsində qadınlar, qızlar birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər. Daha sonra isə bayatı deməyə başlayırlar. Hər bayatının sonunda tavadan onun içərisinə baxmayaraq bir üzük çıxarılır və hər çıxan üzük sahibinə verilərək eyni ildə bayatıdakı kimi bir həyatın onu gözləyəcəyi vurğulanır.

Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər.

İki sevgilinin bir-birinə qovuşub-qovuşmayacağını anlamaq üçün su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. İki iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır, bu isə lal vəziyyət adlandırılır. Həmçinin xanımların çoxu bir evə toplaşaraq söhbətləşir və əylənirlər.

Su çərşənbəniz mübarək!

1news.az

 

Paylaş:
1266

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər