Hindistanın Max hospitalı Bakıda ödənişsiz tibbi konsultasiya keçirir

Hindistanın aparıcı hospital şəbəkəsi olan Max Healthcare Ltd. medECUBE Healthcare India Pvt. Ltd ilə birlikdə yüksək təcrübəyə malik hind həkimlərinin Azərbaycana səfərini təşkil etmək məqsədilə Bakıda ambulator xəstələrə ödənişsiz konsultasiyalar təşkil edirlər.
1news.az-a Hindistanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, zərbaycanda səfərdə olan hind həkimlərinə neyro və onurğa cərahiyyəsi, ortopediya və sümük iliyinin transplantasiyası (hematologiya) sahəsində üç tanınmış mütəxəssis daxildir və onlar 28 fevral, 2018-ci il tarixinədək Bakıda Hayat Klinikasında konsultasiyalar keçirəcəklər.
2017-ci ilin noyabr ayının ortalarında Bakıda 350 xəstəyə konsultasiya keçən üç yüksək ixtisaslı mütəxəssisdən sonra bu hind həkimlərinin ikinci belə təlimidir. Buraya azərbaycanlı həkimlərlə birgə fəaliyyət göstərərək xəstələrin ehtiyaclarına cavab verən ortopedik cərahlar- oynaq dəyişdirilməsi üzrə mütəxəssis, sümük-iliyi transplantasiyası üzrə mütəxəssis və digər mütəxəssislər cəlb olunub.
Ötən illər ərzində müalicənin keyfiyyətinə, prosedur və müalicə imkanlarının zənginliyinə, infrastruktura və sıfır gözləmə müddəti ilə hər hansı tibbi proseduru yerinə yetirməyə malik bacarıqlı insan qüvvəsi kimi amillərinə görə Hindistan Tibb əhəmiyyətli səyahətin birinci dərəcəli məkanı olaraq yüksək yer tutub.
Hindistanda və onun hüdudları xaricində ofislərə malik, kliniki əlaqələndirmə üzrə ixtisaslaşan MedEcube qlobal səhiyyə konsyerj şirkətini təmsil edən Dr. Murtuza Habib qeyd etdi ki, Hindistan xəstəxanaları Azərbaycan vətəndaşlarına daha sağlam və bütöv həyat bəxş etmək üçün səhiyyə sahəsində onlara xidmət göstərməyə hazırdır. O bildirdi ki, Hindistanda mürəkkəb cərrahiyyə posedurlarını dünya səviyyəli qlobal xəstəxanalarda tanınmış tibb mütəxəssisləri tərəfindən digər ölkələrdəki xərclərin beşdə biri qiymətinə həyata keçirmək olar. Hindistan yalnız güclü və etibarlı akkreditasiya sisteminə deyil, çox sayda akkreditasiya olunmuş xəstəxana təsisatlarına (istənilən dünya səviyyəli infrastruktura uyğun 275-ə yaxın bu cür təsisat) da malikdir. Hindistanda Birgə Komissiyanın Beynəlxalq Bölməsi (qlobal səhiyyə akkreditasiya sertifikatı) tərəfindən akkreditasiya olunmuş 33 sayda iri xəstəxana var və bu xəstəxanalar digər Asiya ölkələri ilə çox gözəl müqayisə olunur. Hindistanda 10 alternativ müalicə (Ayurveda) institutları ilə yanaşı bir sıra xidmətlər göstərən 100-dən artıq akkreditasiya olunmuş xəstəxana fəaliyyət göstərir. Özünü təsdiq etmiş bu xəstəxanalar qlobal standartalara uyğun və ondan yüksək səviyyədə xidmət göstərir.
P.Sultanova