Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü

15:48 - 01 / 03 / 2018
Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb.

1news.az xəbər verir ki, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı yerindəcə dünyasını dəyişib.Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
821

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər