Qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə aksiyalarına start verilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə aksiyalarına start verilir

18:33 - 01 / 03 / 2018
Qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə aksiyalarına start verilir

Bu gün Qida Təhlükəsizliyi Agentliyi əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Və bu islahatların tərkib hissəsi olaraq ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yeni qurum, Qida Təhlükəsizliyi Agentliyi təsis edildi. QTA-nın  yaradılması ilə vətəndaşlara göstərilən qayğının səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoydu.  Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin  həyata keçirilməsi Agentliyin prioritet  fəaliyyət istiqamətlərindən hesab olunur.

Bu sahədə maarifləndirmə aksiyalarına başlayan Agentlik “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.

Hazırlanan maarifləndirmə materiallarında “tarladan süfrəyə” prinsipi ilə həyata keçirilən qida zənciri, uşaqlar üçün yemək çantası hazırlayan zaman diqqət edilməlisi vacib olan məqamlar, məişətdə sadə qaydalarla qidanın təhlükəsizliyinə əməl etmə qaydaları öz əksini tapıb.

Qida təhlükəsizliyi terminlərini sadə və anlaşılan dillə, ən geniş auditoriyaya çatdırmağı hədəf götürən Agentlik, bu layihə çərçivəsində məlumatlandırıcı materialları təhsil müəssisələrində, insanların daha çox vaxt keçirdiyi ictimai iaşə, xidmət obyektlərində və sosial şəbəkələrdə yayacaq.

1news.az

Paylaş:
897

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər