Bakıda İtaliya Dizayn Günü çərçivəsində sərgi keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda İtaliya Dizayn Günü çərçivəsində sərgi keçirilib - FOTO

20:44 - 01 / 03 / 2018
Bakıda İtaliya Dizayn Günü çərçivəsində sərgi keçirilib - FOTO

Bakıda İtaliya Dizayn Günü çərçivəsində “70 illik səyahət: İtaliya Dizaynı 50-ci illərdən bu günə” adlı sərgi keçirilib.

1news.az xəbər verir ki, sərgidə Smeg, Piaggio, Ferrari, Lamborghini, Ducati, Alfa Romeo, Giorgio Armani, Dolce&Gabbana, Prada, Fendi, Ermanno Scervino, e Valentino kimi dizayn ikonalarının məhsulları nümayiş olunub.

Dəyirmi masalarla yanaşı tədbir zamanı italyan və azərbaycan şirkətlərinin iştirak etdiyi 100-ə yaxın B2B görüşlər nəzərdə tutulub. Həmin görüşlərdə iştirak etmək üçün Pibamarmi, Polistudio, Monkey du, Studio Pironi, Federlegno, Kubedesign, 4dimension, Studio Ape və CNAPPC italyan şirkətlərindən ibarət heyət Bakıya işgüzar səfər təşkil edib.

Açılış mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib ki, Bakıda İtalyan Dizayn gününün keçirilməsinin Azərbaycan və İtaliya arasında dizayn və memarlıq sahəsində əməkdaşlıq üçün əhəmiyyətindən söz açaraq bu tədbirlərin iki ölkə arasında gələcək əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.

İtaliya dizaynına həsr olunmuş 2-ci Beynəlxalq İtaliya Dizayn Günü keçirilir. Tədbirin məqsədi İtaliya mədəniyyətinin və iqtisadiyyatının mühim sahəsi hesab olunan İtalyan dizaynının mükəmməlliyini qeyd etməkdir.

Tədbir “Bakının gözəlliyi və onun gələcəyi: müasir iş dünyalarında interyer dizayn” və “Bakının gözəlliyi və onun gələcəyi: inteqrasiya olunmuş şəhər memarlıq layihəsi” başlıqlı iki dəyirmi masa ilə Bakı Media Mərkəzində davam edəcək.

Pərvanə Sultanova

Paylaş:
836

Son xəbərlər

Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41
Bütün xəbərlər