Bakıda top mərmisi tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda top mərmisi tapılıb – FOTO

09:18 - 01 / 03 / 2018
Bakıda top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Bakı şəhərində keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, fevralın 28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Bakı Biznes mərkəzinin həyətinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş 152 mm-lik top mərmisi (G-530) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş boş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

1news.az

Paylaş:
672

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər