Kərkükdə Xocalı qurbanları anılıb - FOTO

İraqın Kərkük şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
1news.az xəbər verir ki, Türkməneli Partiyasının gənclər təşkilatının üzvləri əllərində Azərbaycan və türkmən bayraqları 1992-ci il fevralın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliama etirazlarını bildirərək cinayətkarların beynəlxalq ədalət qarşısında cavab verməsini tələb ediblər.
Onlar bildiriblər ki, Xocalı faciəsinə dünya birliyi tərəfindən hüquqi qiymətin verilməsini vacib sayıblar.
Gənclər Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş təşkil ediblər.
P.Sultanova
690