Bakıda çiskin olacaq, güclü külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çiskin olacaq, güclü külək əsəcək

13:39 - 02 / 03 / 2018
Bakıda çiskin olacaq, güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mart ayının 3-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi  əsəcək, gündüz  arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Martın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, Martın 3-4-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Meteoroloqların xəbərdarlığına görə, Martın 3-5-də bəzi rayonlarda qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Martın 5-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Babək Cahandarov

Paylaş:
668

Son xəbərlər

Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldıBu gün, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətiribBu gün, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaqBu gün, 17:34Avropa Parlamentinin deputatı Şuşada olubBu gün, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edibBu gün, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıbBu gün, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43
Bütün xəbərlər