Cahangir Əsgərov: Bakı-Əbu-Dabi reysi vətəndaşlarımıza uçuşların coğrafiyasını genişləndirməyə imkan verəcək - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cahangir Əsgərov: Bakı-Əbu-Dabi reysi vətəndaşlarımıza uçuşların coğrafiyasını genişləndirməyə imkan verəcək - FOTO

16:20 - 02 / 03 / 2018
Cahangir Əsgərov: Bakı-Əbu-Dabi reysi vətəndaşlarımıza uçuşların coğrafiyasını genişləndirməyə imkan verəcək - FOTO

Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcıları  - AZAL və “Etihad Airways” arasında razılaşmaya əsasən Əbu-Dabi (AUH) – Bakı (GYD) – Əbu-Dabi (AUH) marşrutu üzrə birgə reyslərin ilk dəfə yerinə yetirilməsinə başlanılıb.

1news.az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətiə istinadla xəbər verir ki, uçuşlar hər həftə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

İlk reys “EY297” martın 2-də göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən uçmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportuna enən təyyarə ənənəvi "su arkası" ilə qarşılanıb, pilot kabinəsindən Azərbaycan və BƏƏ-nin bayraqları dalğalanıb.

Elə həmin gün AZAL QSC-nin prezidenti Cahangir Əsgərov və “Etihad Airways” aviaşirkətinin Baş icraçı direktoru Piter Baumqartnerin görüşü keçirilib.

Görüşdə Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcılarının əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.

C.Əsgərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir. Son illərdə mülki aviasiyanın maddi-texniki bazasının gücləndirilməsi və onun müasir səviyyəyə çatdırılması istiqamətindəki işlər ardıcıl və sistemli xarakter daşıyır.

“AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Azərbaycan və BƏƏ-ni müntəzəm sərnişin daşımaları əlaqələndirir, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq”, - deyə AZAL QSC-nin prezidenti bildirib.

1news.az

 

Paylaş:
919

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər