Məşhur müğənni konsertlərini təxirə salıb
Müğənni Bülent Ersoy İstanbul və İzmirdəki konsertlərini təxirə salıb.
Buna səbəb Afrin əməliyyatları zamanı 8 türk əsgərinin şəhid olması, 13-nün isə yaralanmasıdır. Ersoy bununla bağlı belə bir açıqlama yayıb:
“Ölkəmizin bu çətin dövründə dünən 8 əsgərimizin şəhid olduğunu dərin kədərlə öyrəndim. Bu qədər itkimiz var, pul qazanmaq və əyləncə vaxtı deyil. Bu səbəbdən İstanbul və İzmirdəki konsertlərimi növbəti tarixlərədək təxirə salıram. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.
S.Xankişiyeva
809