Rusiya vətəndaşının çantasından 5 ədəd ov bıçağı çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya vətəndaşının çantasından 5 ədəd ov bıçağı çıxdı

1news Redaksiyası19:46 - 02 / 03 / 2018
Rusiya vətəndaşının çantasından 5 ədəd ov bıçağı çıxdı

Gömrük nəzarətinə təqdim olunmayan ov bıçağı aşkarlanıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1069

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər