Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib

20:37 - 02 / 03 / 2018
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib

Martın 2-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən 1news.az-a bildirilib ki, iclas zamanı maraqlı tərəflərin iştirakı ilə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq olunub.

İclas iştirakçıları 2017-ci il üzrə HSŞ hesabatlılığı prosesi ətrafında müvafiq müzakirələr apararaq prosesə başlanılması ilə bağlı qərar qəbul edib.

1news.az

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər