BANM-ın rektoru Elmar Qasımov EURAS-ın Təhsil Sammitində iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın rektoru Elmar Qasımov EURAS-ın Təhsil Sammitində iştirak edib

10:15 - 02 / 03 / 2018
BANM-ın rektoru Elmar Qasımov EURAS-ın Təhsil Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.

Rektor səfər zamanı həmçinin EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin rektoru,  Dr.Mustafa Aydınla görüşüb,  EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirə edib.

Elmar Qasımov sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) beynəlxalq əlaqələr üzrə rəhbər nümayəndəsi İbrahim Yorqunla da görüşərək BANM və ODTÜ arasında  yeni ixtisaslar üzrə birgə proqramın həyata keçirilməsi ilə bağlı da danışıqlar aparıb.

Türkiyədə olarkan “Erasmus+ proqramı”, “Kurikulumların beynəlmiləlləşməsi”, “Ali təhsilin maliyyələşdirilməsi və keyfiyyətin təminatı üzrə Avropa perspektivləri” mövzusunda panellərdə iştirak edən rektor E.Qasımov həmçinin Ərəb Universitetlər Assosiasiyasının rəhbəri Sultan Abu-Orabi və sektorun digər qurumlarının rəhbər nümayəndələri ilə görüşüb. 

S.Xankişiyeva

 

Paylaş:
824

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər