Səhiyyə Nazirliyi Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb

11:52 - 02 / 03 / 2018
Səhiyyə Nazirliyi Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb

Səhiyyə Nazirliyinin Mətbuat Xidməti Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb.

Rəsmi açıqlamada qeyd olunur ki, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib:

"Xəstəxanada müalicə alan və tibbi personaldan ibarət 200 nəfərdən artıq adam, o cümlədən yanğın baş vermiş korpusda 55 nəfərin olduğu müəyyən edilib. Onların əksəriyyəti vaxtında təxliyə olunub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!"

S.Xankişiyeva

 

Paylaş:
641

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər