Sinoptiklərdən xəbərdarlıq: Yağış, qar yağacaq, bəzi yerlərdə intensiv olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq: Yağış, qar yağacaq, bəzi yerlərdə intensiv olacaq

14:21 - 03 / 03 / 2018
Sinoptiklərdən xəbərdarlıq: Yağış, qar yağacaq, bəzi yerlərdə intensiv olacaq

Sinoptiklər əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında martın 5-i axşamdan martın 7-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, martın 4-də arabir güclənən gilavar küləyinin martın 5-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

S.Xankişiyeva

 

Paylaş:
702

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər