DİN polis əməkdaşlarının avtomobilinə atəş açan şəxslə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN polis əməkdaşlarının avtomobilinə atəş açan şəxslə bağlı məlumat yayıb

16:06 - 03 / 03 / 2018
DİN polis əməkdaşlarının avtomobilinə atəş açan şəxslə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının avtomobilinə atəş açan şəxslə bağlı məlumat yayıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, martın 1-də saat 17 radələrində Ələt-Astara yolunun 16-cı kilometrliyində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılmış, bu zaman sürücü onu təhqir edərək hadisə yerini tərk edib.

Dərhal həmin avtomobilin saxlanılması üçün müvafiq tədbirlər görülüb, həmin ərazidəki BDYPİ-nin stasionar postunda həmin avtomobilə “saxla” işarəsi verilib, lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq oradan uzaqlaşıb. Martın 2-də saat 15 radələrində Ələt-Astara yolunun 38-ci kilometrliyində naməlum sürücü idarə etdiyi “Mitsubishi L 300” markalı avtomobili qəsdən yol polisi əməkdaşının xidməti “KİA” markalı avtomobilinə vurub, habelə odlu silahla polis əməkdaşını hədələyərək ondan yaxınlaşmamağı tələb edib, bir qədər sonra öz maşınını “BMW” markalı avtomobildə xidmət aparan polis əməkdaşlarının yanında saxlayaraq onları da təhqir edib, odlu silahdan “BMW”-yə tərəf 1 dəfə atəş açıb hərəkətini davam etdirib.

Salyan RPŞ əməkdaşları tərəfindən görülmüş əməliyyat tədbirləri nəticəsində avtomobil şəhər ərazisində saxlanılarkən sürücü, idarə etdiyi avtomobildən polis əməkdaşlarının olduğu avtomobilə bir neçə dəfə atəş açıb, avtomobillə yol polisi əməkdaşını qolundan vurub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Bağırov olması müəyyən edilib. Həmçinin martın 1-də “Mercedes” markalı avtomobillə qeyd edilən hərəkətlərin də onun tərəfindən törədilməsi məlum olub.

O.Bağırovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
694

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər