Bakı şəhər Prokurorluğu Əyyub Kərimovun ölümü ilə bağlı rəsmi məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhər Prokurorluğu Əyyub Kərimovun ölümü ilə bağlı rəsmi məlumat yayıb

12:55 - 03 / 03 / 2018
Bakı şəhər Prokurorluğu Əyyub Kərimovun ölümü ilə bağlı rəsmi məlumat yayıb

Bakı şəhər Prokurorluğu jurnalist və hüquqşünas Əyyub Kərimovun ölümü ilə bağlı rəsmi məlumat yayıb.

1news.az-a Prokurorluqdan verilən məlumata görə, martın 2-də saat 14 radələrində 1958-ci il təvəllüdlü, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132-də qeydiyyatda olan Kərimov Əyyub Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri tərəfindən kəskin qaz iyi hiss olunmaqla  meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət aşkar edilməyib. Meyitin aşkar olunduğu şərait onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə olunaraq  ölümün səbəblərinin müəyyən edilməsi üçün  Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin  Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, Ə.Kərimovun ölümünə səbəb “dəm qazı ilə zəhərlənmə” olub.

Ə.Kərimovun ailə üzvləri tərəfindən onun ölməsi ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

S.Xankişiyeva

Paylaş:
805

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər