Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü – FOTO

17:27 - 04 / 03 / 2018
Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü – FOTO

Rusiyanın Birinci televiziya kanalı şənbə efirində SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə xüsusi yer ayırıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, martın 4-də Rusiyanın ən baxımlı televiziya kanalı “Müslüm Maqomayev. Sənsiz günəş yoxdur” sənədli filmini və dahi sənətkarın 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunmuş böyük konsert proqramının lent yazısını tamaşaçılara təqdim edib.

Məşhur “Bu gün axşam” verilişinin növbəti buraxılışı da görkəmli həmyerlimizə həsr olunmuşdu. Yuliya Menşovanın aparıcısı olduğu verilişdə Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya, TASS İnforormasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, müğənni Emin Ağalarov, Rusiyanın Xalq Artisti Gennadi Xazanov və başqaları iştirak ediblər.

Verilişdə Müslüm Maqomayevin qızı, hazırda ABŞ-da yaşayan Marina Maqomayeva oğlu və həyat yoldaşı ilə birlikdə videobağlantı vasitəsilə atası barədə xatirələrini bölüşüb. Müslüm Maqomayevin uşaqlıq dostu, rejissor Oqtay Mirqasımov müğənninin Bakıda yaşadığı binanın həyətində olub, birlikdə keçirdikləri uşaqlıq və gənclik illərindən söhbət açıb.

Birinci kanalın studiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Müslüm Maqomayev sənətinə və şəxsiyyətinə diqqət və qayğısı da qeyd edilib.

S.Xankişiyeva

 

Paylaş:
720

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər