Maşının vurduğu piyada xəstəxanadan qaçıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Maşının vurduğu piyada xəstəxanadan qaçıb

1news Redaksiyası20:00 - 04 / 03 / 2018
Maşının vurduğu piyada xəstəxanadan qaçıb

Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Ceyranbatan bağları ərazisində baş verib.

Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Vüqar Əsədov sonradan oradan qaçıb. Tibb müəssisəsindən verilən məlumata görə, o, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
678

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər