IDEA ekoloji poster müsabiqəsinin qaliblərini mükafatlandırıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA ekoloji poster müsabiqəsinin qaliblərini mükafatlandırıb – FOTO

12:50 - 04 / 03 / 2018
IDEA ekoloji poster müsabiqəsinin qaliblərini mükafatlandırıb – FOTO

Ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, tullantıların azaldılması və səmərəli idarə olunması, davamlı inkişaf və s. sahələrdə iri miqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi istedadlı dizaynerlər üçün elan etdiyi müsabiqənin qaliblərini açıqlayıb.

1news.az-a Birlikdən verilən xəbərə görə, müsabiqənin şərtlərinə əsasən onlarla kreativ dizayner ekoloji problemləri əks etdirən posterlər hazırlayaraq IDEA İctimai Birliyinə təqdim etmişdir. IDEA İctimai Birliyinin nümayəndələrindən, həmçinin müstəqil peşəkar dizaynerlərdən ibarət jüri heyəti tərəfindən ən təsirli posterlər seçilərək qaliblər müəyyən edilmişdir.

Müsabiqənin birinci yerinin qalibləri "İndi görünür?" mövzulu işlərilə Sinan Ağayev, Pərviz Babayev və Amal Əlili olub. Onlar ən geniş yayılmış ekoloji problemi - ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsini şəhərimizin simasında ictimaiyyətə nümayiş etdirmişlər.

İkinci yerin qalibi Kamal Cəfərov öz kreativ işi ilə qanunsuz ağac kəsintisi hallarına etirazını ifadə etmiş və ictimaiyyəti ağacların və yaşıllığın mühafizəsinə çağırmışdır.

Üçüncü yerin qalibi tullantıları azaldaraq qlobal iqlim dəyişikliyinin mənfi təsirlərini aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağıran Elnur Babayev olub. Qaliblər IDEA İctimai Birliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini ekoloji problemlərə yönəltmək və ətraf mühitin mühafizəsi naminə əhalinin ekoloji maarifləndirilməsini təşkil etmək olmuşdur. 

Əhalinin ekoloji maarifləndirilməsinə xüsusi önəm verən IDEA İctimai Birliyi mütəmadi olaraq müxtəlif yaş qrupundan olan şəxslər üçün müsabiqələr, aksiyalar, həftəlik və aylıq əsaslarla təmənnasız mühazirələr, treninqlər, dəyirmi masalar, laboratoriyalar, təqdimatlar və seminarlar təşkil edir. Bütün layihələrlə bağlı IDEA-nın internet resurslarından (www.ideacampaign.org, https://www.instagram.com/idea_campaign/https://www.facebook.com/ideacampaign.org) məlumat əldə edə bilərsiniz.

S.Xankişiyeva

Paylaş:
994

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər