Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

20:56 - 05 / 03 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 150-270, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 187 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 71  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, martın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4,  Salyanda və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2017-ci il martın 5-də 410 sm), Şirvanda 229 sm (2017-ci il martın 5-də 285 sm), Salyanda 185 sm (2017-ci il martın 5-də 256 sm), Bankədə 186 sm (2017-ci il martın 5-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2017-ci il martın 5-də 136 sm) təşkil edir. 

1news.az

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər