Neftin qiyməti artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti artır

10:43 - 05 / 03 / 2018
Neftin qiyməti artır

Dünya birjalarında neftin qiyməti artıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar bahalaşaraq 64,64 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,24 dollar artaraq 61,49 dollar təşkil edib.

1news.az

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər