Sumqayıtda dəhşət: bir ailənin 6 üzvü öldü - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda dəhşət: bir ailənin 6 üzvü öldü - YENİLƏNİB

10:47 - 05 / 03 / 2018
Sumqayıtda dəhşət: bir ailənin 6 üzvü öldü - YENİLƏNİB

Sumqayıtda bir evdə 6 meyit tapılıb.

1news.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. 

Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub:

“Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.

Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binanın zirzəmisində yaşayrmış.

Vəfat edənlər kişi, həyat yoldaşı, qızı və nəvələridir.

***

Sumqayıt Şəhər Prokurorluğu APA-ya verilən məlumata görə, həlak olan şəxslər bunlardır:

1961-ci il təvəllüdlü Rafiq Hüseynov

1965-ci il təvəllüdlü Yeganə Hüseynova

1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova

2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov

2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova 

2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova 

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər