Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti | 1news.az | Xəbərlər
Siyasət

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti

18:57 - 06 / 03 / 2018
Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti

Satqınlığın büdcəsi

Azərbaycana qərəz və böhtan yağdırmaq üçün ''dəridən qabıqdan çıxan'', ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar quran uzun adlı ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi'' (bundan sonra OCCRP) olan bir təşkilat var. Təşkilatın yiyəsi – bütün dünyada araşdırmaçı jurnalistikanı inkişaf etdirmək üçün ABŞ-da təsis edilən – ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''dir. (The Journalism Development Network, Inc. (JDN).

''Jurnalistikanın İnkişafı Şəbəkəsi''ni 2004-cü ildə Dryu Sallivan adlı adam yaradıb. Əvvəl ixtisasca komediya aktyoru olan D.Sallivanı sonralar hansısa külək gətirib jurnalistikaya çıxarıb. O vaxtdan bəri adamın xroniki olaraq bir ayağı okeanın o tayında, o biri ayağı isə ''köhnə qitə''də, Şərqi Avropadadır (Sarayevoda).

İnternetdə ''The Journalism Development Network'' adlı təşkilat axtarsanız çətin taparsınız. Nə təşkilat, nə də onun rəsmi saytı yoxdur. ABŞ-ın Merilend ştatında qeydiyyatdan keçsə də, adı yalnız kağız üzərindədir. Baş qərargahı isə Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən həmin OCCRP adlı təşkilatdır. Bəli, ''The Journalism Development Network'' Sarayevo şəhərindəki ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi''ni maliyyələşdirir.

Daha dəqiq deyilsə, ABŞ büdcəsindən pul və başqa onlarla ölkədən OCCRP-a qrantlar ayrılması üçün vasitə, maliyyə kanalı qismində çıxış edir. Bunu ABŞ-ın rəsmi büdcə idarəsinin saytında görmək olar.

Dünyanın 70 ölkəsini idarə edən təşkilatda direktor kimdir?

Təsisçi Dryu Sallivanın dediyinə görə, ''ana şirkəti'' ''The Journalism Development Network'' olan "bala'' təşkilatı – OCCRP dünyanın 70 ölkəsində 155 araşdırmaçı jurnalist təşkilatını, minlərlə jurnalisti bir şəbəkədə birləşdirir. Bəs bu boyda ''zırıltını'' kim idarə edir? Cəmi 8 nəfərdən ibarət rəhbərlik – direktorlar şurası bu işin öhdəsindən məharətlə gəlir. Təsəvvür edin ki, onlardan biri – Xədicə İsmayıldır. X.İsmayıl – ''The Journalism Development Network, Inc. (JDN)''-də, dolayısı ilə də, OCCRP-ın rəhbərliyində "boss''lardan (individual trustee, director) biridir.

X.İsmayılın siyahıda adı keçən direktor həmkarlarının kim olduğunu bilməsəz yaxşıdır. Onların hamısı, dünyanın neçə-neçə ölkəsinin altını-üstünə, xaos məkanına çevirməkdə ''xüsusi xidmətləri'', məharətləri olan ''nəhəng isimlər'', ''idarə edilən xaos texnoloqları''dır. Bu barədə başqa zaman və başqa yazıda.

Sadəcə təsəvvür etmək çətindir ki, dünyada 200-ə yaxın ölkə var və ABŞ dövlətinin yaratdığı qlobal təşkilatın direktorlar şurasında vəzifə tutmağa Xədicə İsmayıldan başqa heç bir millətin, ölkənin nümayəndəsi tapılmadımı? Yəni gör nə hünərin (yaxud satqınlığın) yiyəsi olasan ki, Amerika boyda dövlətin qlobal şəbəkəsini idarə edən 8 amerikalı direktordan biri olasan! (Sırada 8-ci olan isim rumın olsa da əsasən ABŞ-da yaşayır və işləyir). Cədvəldə o da göstərilir ki, X.İsmayıl həftədə ortalama cəmi-cümlətanı 1 saat işləyir. Yəni ona hər cür şərait yaradılıb. Təki direktor olsun.

Bu ilin əvvəllərində Xədicə İsmayıl sosial şəbəkədə belə bir status yazmışdı: ''Əslində, vəziyyət belədir ki, məni tənqid etməyə heç vaxt ciddi arqumentləri olmur''. (FB.Khadija Ismayil, 30 yanvar 2018).Bundan əvvəl isə o, ''Amerikanın Səsi'' radiosuna müsahibəsində deyib: ''Mən araşdırmanı ona görə aparıram ki, mənim üçün maraqlıdır. Araşdırma jurnalistikasının qaydası ''Follow the money'' – ''pulu izlə'' prinsipidir. Pulun əslində kimin cibinə axdığını bilməliyik''. (http://blogs.voanews.com/azerbaijani/audience-comments/2013/12/11/global-witness-in-hesabatina-x%C9%99dic%C9%99-ismayilova-il%C9%99-baxis/)

Ümumilikdə sual yaranır: özünü doğruluq mücəssəməsi hesab edən X.İsmayıla qarşı doğrudanmı ''ciddi arqumentlər'' yoxdur? Bəs onun cibinə pullar haradan və hansı prinsiplə axır?

Korrupsiyaya qarşı rüşvət almaqla mübarizə aparmaq

X.İsmayılın direktorlarından biri olduğu ''The Journalism Development Network'' təşkilatının maliyyələşməsini, özünün dediyi kimi, ''Follow the money'' – ''pulu izlə'' prinsipi ilə araşdırdıqda nələr üzə çıxır?

Təsəvvür etmək çətindir ki, X.İsmayıl pulsuz bir addım belə atmamış, hətta şəxsi problem və qayğılarına görə də dünyanın ''o boyda ölkəsindən'' haqq-hesab sormuşdur. Özünüz baxın. ABŞ dövlət büdcəsi Xəzinədarlıq idarəsinin 2012-ci il üçün rəsmi hesabatında göstərilir ki, X.İsmayılın səhhətində problemlə bağlı Türkiyədə etdiyi əməliyyat üçün ona müvafiq məbləğ ayrılıb:

Digər sual: ''The Journalism Development Network'' qurumu niyə ''sol qulağı sağ əllə göstərmək'' kimi ilk baxışda yersiz görünən təşkilatçılığa əl atıb? Cavab belədir ki, bu ''ana şirkət''in başlıca missiyası özündən çox uzaqlarda, Şərqi Avropada yerləşən bala şirkəti – OCCRP-u bol-bol pullarla və maliyyə ilə təmin etmək üçündür.

Maliyyəni başlıca olaraq ABŞ dövləti ayırır. Daha sonra isə Sorosdan tutmuş bütün Avropa ölkələrindəki bəlli mərkəzlər öz ''qeyrətini'' nümayiş etdirir və milyonlarla qrantlar ayırmaq üçün növbəyə dururlar. Ayrılan maliyyə nəticəsində büdcədən ''Rusiya və yeni müstəqil ölkələrdə media sferasında vəziyyətin balanslaşdırılması'' üçün reallaşdırılan layihəyə sel kimi pullar axır. Layihənin icra edildiyi məkan kimi Latviya göstərilir. (SLMAQM15GR1025,0002,, SAIEXEMPT,591039., DEPARTMENT OF STATE (DOS), 1900,DEPARTMENT OF STATE,,,,,,,,,809116440, "JOURNALISM DEVELOPMENT NETWORK, INC.", USA, UNITED STATES, WASHINGTON, 001, DISTRICT OF COLUMBIA, DC,DISTRICT OF COLUMBIA, 20008,2358, 98,,,,LVA,LATVIA, 00FORGN,,,,,,,,19.345,"INTERNATIONAL PROGRAMS TO SUPPORT DEMOCRACY, HUMAN RIGHTS AND LABOR",04,BALANCING THE RUSSIAN MEDIA SPHERE,NON,12,)

Beləliklə, X.İsmayılın da rəhbəri olduğu, burda oturub Amerikadan idarə etdiyi təşkilatın aldığı pulların milyonlarla ölçülən məbləği həqiqətən də ağlabatmazdır. Buna inanmaq üçün məntiq yetmir. Üstəlik də yuxarıda qeyd edildiyi kimi, həftədə cəmi 1 saat işləməklə milyonlarla pul qazanmaq işi çox ''cəlbedici'' görünür.

Aşağıdakı cədvəllərdə ABŞ dövlət büdcəsi ilə bağlı rəsmi saytdan 2011-ci ildən başlayaraq, ''The Journalism Development Network'' təşkilatına ayrılan maliyyənin məbləğini faktlar əsasında izləmək mümkündür. (OCCRP 2011-ci il 22 noyabrında Rumıniyada rəsmi şəkildə qeydiyyatdan keçib. O vaxta qədər nə pullar axıb, hansı ciblərə axıb, bir özləri, bir də qrantverənləri bilir.)

RECIPIENT PROFILE: JOURNALISM DEVELOPMENT NETWORK, INC.

Address 4401A Connecticut Ave NW; Washington, District of Columbia 20008 DUNS Number: 809116440

https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism%20development%20network

Aşağıdakı təkcə 2011-ci ildə yalnız büdcədən ayrılan pullardır.

Bundan daha çoxu – qrantlar və mükafatlardır. Onları ayrıca qeyd edilir:

2014-cü il üçün büdcədən ayrılan maliyyə:

2017-ci il üçün büdcədən ayrılan maliyyə:

Cəmi 2 ildə (2015-2016) 6 milyon ABŞ dollarına yaxın maliyyə ayrılıb.

https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism%20development%20network

Filters: journalism development network; Contracts, Grants, Loans, Other

Bunlar hələ əvvəlidir. Dövlət büdcəsindən ayrılmalardır və yağış kimi yağan, davam edən qrant və mükafatların yanında heç nədir. Qrantlar:

Təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda nələr yazılıb?

2016-cı ildə təşkilatda keçirilən Audit yoxlaması üzrə Hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalar və həmin qrant və mükafatlar qeyd edilir.

AUDIT REPORT FINANCIAL AND FEDERAL AWARD COMPLIANCE EXAMINATION FOR THE YEAR ENDED. DECEMBER 31, 2016 // http://www.govwiki.info/pdfs/Special% 20District/DC%20 Journa lism% 20Development%20Network%20Inc.%202016.pdf

Bu isə 2 ilə (2015-2016) alınan qrantlardır:

Qrantverənlər sanki yarışa giriblər:

2014-cü ildə qrantın məbləği 2 milyondan 4.272.14 milyon $-a qədər artırılmışdır:

Göründüyü kimi, maliyyədə milyonlardan söhbət gedir. Təbiidir ki, bu qədər pulu həzm etmək üçün, həftədə 1 saat da olsa işləmək, dünyada hədəfə alınan ölkələrdə qeyri-sabitlik və xaos yaratmaq lazımdır. Amma tərifli təşkilat harada olsa da Azərbaycanda bunu edə bilmir ki, bilmir. Belə olanda da ''quduzlaşma'' baş verir və sağa-sola şər-böhtan tirajlanır.

Audit yoxlama hesabatında, rəhbərlərindən birinin X.İsmayıl olduğu ''The Journalism Development Network'' təşkilatına töhmət xarakterli tənqid yer alıb. Onların külli miqdarda pulu əvvəlcədən almasına baxmayaraq, onu lazım olan vaxtda xərcləyə bilməməsi irad tutulur. Yəni təşkilat və rəhbərləri acgözlük edib həddən çox pul alsalar da onu xərcləyib bitirə bilməyiblər. Məhz audit hesabatında buna görə Direktorlar Şurasına (o cümlədən, X.İsmayıla), ABŞ maliyyəsinə münasibətdə bu ''acgözlüyün'' yaxşı hal olmadığı nöqsan tutulmuş, maliyyəyə ''daha insaflı və diqqətli olmağı'' tövsiyə edilmişdir. (We recommend that management of JDN be more mindful).

Audit hesabatında yoxlamanın yekunu kimi, ABŞ büdcəsindən külli miqdarda pulu alıb, onu vəd etdiyi vaxtda xərcləyə bilmədiyi, maliyyə şəffaflığına riayət edilmədiyi və şübhəli xərclərə yol verildiyi vurğulanıb. (p.26)

Faktlara sözardı. ''Kapitalist əməyi qəhrəmanları''

Beləliklə, X.İsmayıl, qlobal korrupsiyaya qarşı ''qəhrəmancasına'' vuruşan təşkilatın ştatlı direktorlarından biri kimi, həftədə cəmi 1 saat çalışmaqla bu qədər pul qazanan, sözün əsil mənasında ağır çəkili fiqurudur. Onun ''direktorluq istedadı'' həqiqətən də danılmazdır. Maraqlı olan odur ki, o direktor kimi, korrupsiyaya qarşı rüşvətlə, təmənna ilə mübarizə aparır. Öz şəxsi problemlərindən tutmuş, hər şeyə qədər ödənişi, dünyanın ''o boyda'' ölkəsinin əhalisinin vergi ödəmələrindən formalaşan dövlət büdcəsi hesabına, onlarla ölkənin qrantları sayəsində təmin edir. Bu işin bir tərəfidir.

Digər tərəf bir qədər qəlizdir. Çünki sel kimi cibinə axan milyonların əvəzində heç nə edə bilmir. Hesabatda aydın deyildiyi kimi, təşkilat nağd pulları alır, amma hamısını göstərilən vaxtda həzm edə bilmir. Ən azı aldığı direktor ''məvacibinin'' əvəzində Azərbaycanda heç bir iş görə bilmir. Səbəb nədir?

Azərbaycan xalqının öz Prezidentinə inamından yaranan milli birliyi, təşkilata əməlli başlı problem yaradıb. Məhz burada başa düşmək olur ki, ölkəmizlə, onun rəhbərliyi ilə bağlı böhtan və iftiraların sayı nə üçün ildən ilə daha çox və məzmun etibarı ilə daha ''quduzlaşmış'' şəkildə təqdim edilir. Doğrudur, fantastik məbləğ özünə yeni tərəfdarlar cəlb etməyə kömək edir. Lakin əsas vəzifə yenə də yerinə yetirilmir.

Tövsiyəmiz budur ki, X.İsmayılın rəhbər olduğu təşkilatdakı digər həmkarları 2018-ci il üçün aldıqları milyonları bəri başdan Amerika xalqının büdcəsinə qaytarsınlar. Çünki yenə də hamısını xərcləyə bilməyəcəklər. 15 ilə yaxındır ki, müxtəlif ölkələrdə xaos yaratmaq məqsədi ilə təsis edilən və dəridən-qabıqdan çıxan ''Jurnalistika İnkişaf Şəbəkəsi'' Azərbaycanda heç nəyə nail heç olası deyil.

''Bunu görməyəcəksiz!'': Xaos hərislərinə Prezidentin güllə kimi cavabı və şillə kimi seçki qərarı

Azərbaycanda xalqın öz liderinə – Prezident İlham Əliyevə etimadından yaranan milli birlik kimlərinsə gözlərinə ox olub batır. Hələ 2012-ci ildə Münxen Təhlükəsizlik Konfransında dövlət başçısı bütün dünyanın gözü önündə xaos ''texnoloqlarının'' təxribatçı suallarına cavab vermişdi: ''Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz!''. (http://az.president.az/articles/4192)

Fevralın 5-də Prezidentin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verdiyi qərar isə satqın və düşmənlərə vurulan əsil tərs şillə effektini verdi. Milyonlarla pulu arxayın vaxtlarda xərcləyə bilməyənlərin ''fəaliyyət'' təqvimi alt-üst oldu. Şok effektindən başını itirən satqınlar şəbəkəsi, minlərlə əmrə müntəzir buyruq qulları, dünya erməni şəbəkəsi ilə çaqqallar kimi ağız-ağıza verib, ulaşmağa başlayıblar.

Satqın zehniyyəti haqda ciddi elm nə deyir?

''Ən böyük şər oğurluq, hətta qətl də deyil, satqınlıqdır''. Boris Akunin

Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu – 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda – onların simvoludur.

Son dövrdə məlum ölkələrdə baş verən səs-küylü hadisələrdən sonra insanı satqınlığa hansı vəziyyətin sövq etməsi psixologiya elmi tərəfindən geniş təhlil edilir. Necə ola bilər ki, ata-ananın, əcdadlarının yaşadığı, ən gözəl xatirələrinin ünvanı olan, ana adlandırdığın vətənə xəyanət edəsən? Əclaflıq adlanan oyun qaydalarını qəbul edəsən? Psixologiya elminə görə, xəyanət – elmi baxımdan daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü – dövlətə xəyanətdir.

Beləliklə, ''satqın zehniyyəti nədən qaynaqlanır? Maliyyə-pul arqumenti, kriminal istedad xəyanətin izahı üçün kifayətdirmi? Satqın yalnız məntiqləmi düşünür? – suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə doğrudan da varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır.

Alınan qənaətlərdən birincisi budur ki, ''Bir dəfə ölkəsini, dostlarını, gördüyü işi satmış fərd, xəyanətin psixologiyasını izah etmək üçün elmə yardım edə bilər. Xəyanət – onu edənin məqsədyönlü əməlidir. Burada əvvəlcə məntiq istifadə olunur, sonra qərar qəbul edilir. Məhz buna görə – xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey – satlıq maldır''. (https://inosmi.ru/world/20150123/225704713.html)

Qənaətlərdən ikincisi budur ki, satqınlıq mütləq olaraq xataktercə zəif olanların nəsibidir. Satqının həyatı və taleyi – mənəvi iflas və düşüklüyün tarixidir. Tarix boyu bu xislətli fərdlər insanlıq adına layiq olmayanlar kimi qəbul edilib.

Üçüncü qənaət isə daha maraqlıdır: ''Xəyanət psixi (mental) yoluxucu xüsusiyyətə malikdir və satqın adətən yoluxucu xəstəlik mənbəyi kimi çıxış edir.'' (!?) (''Betrayal: A psychological analysis'' //https://www.sciencedirect.com/science/article/pii/S0005796709002848).

Nəhayət, bütövlükdə hesab edilir ki, satqınlığın qaynaqları – uşaqlıq dövründə, ailədə gizlənir. Normal ailədə - satqının böyüməsi mümkün deyil. Bunları oxuyanda, nədənsə bu yaxınlarda oxuduğum, İlon Maskın anası haqda ''Milyardçıları dünyaya gətirmək və tərbiyə etmək'' adlı yazı yadıma düşdü.

Psixoloqlara görə, ən maraqlısı odur ki, satqın zehniyyəti – öz əməllərini doğrultmağa meyllidir. Satqınlar öz əməlləri haqda – ''bu xəyanət deyil, haqsızlığa qarşı üsyandır'' deyib, illüziyaya qapılırlar. İllüziya məlum olduğu kimi, heç vaxt reallığa adekvat olmur.

Bütövlüksə satqın zehniyyətinin elmi izahı ilə tanışlıq, bu qəbildən olanların psixoloji sağlamlığı haqda təsəvvür yaradır. Bir tərəfdən, onların öz zehniyyətinə görə bu əməlləri törətdiyi məlum olur. Digər tərəfdən, onların həm də yoluxma mənbəyi kimi çıxış etməsinə dair elmi qənaət düşündürücüdür.

Tahirə Allahyarova

Strateji Araşdırmalar Mərkəzi

Newtimes.az

Paylaş:
695

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər