Marşrut sürücüsünü təhqirə görə "Bakubus" polisə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Marşrut sürücüsünü təhqirə görə "Bakubus" polisə müraciət etdi

11:39 - 06 / 03 / 2018
Marşrut sürücüsünü təhqirə görə "Bakubus" polisə müraciət etdi

"Bakubus" MMC Bakıda sərnişin avtobusunun sürücüsünün təhqir edilməsi barədə videosujet yayıb.

1news.az xəbər verir ki, "Bakubus" MMC-ə istinadla xəbər verir ki, hadisə fevralın 28-də baş verib.

Həmin gün saat 14:08-də 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər metrostansiyasının dayanacağına daxil olarkən 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlayıb, avtobusun dayanacağa daxil olmasına maneə yaradıb və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir edib.

“BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.

Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi bütün vəhclə öz hərəkətinə haqq qazandırmaqdan, yaşılı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.

Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub:

"Hadisəyə hüquqi qiymətin verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən bu kimi hallara qarşı laqeyd qalmamağa çağırırıq".

1news.az

 

 

Paylaş:
571

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər