BANM-ın müəllimi Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın müəllimi Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı aldı

14:46 - 07 / 03 / 2018
BANM-ın müəllimi Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı aldı

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” Medalı ilə təltif edilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, BANM-ın rektoru Elmar Qasımov Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova ilə görüşərək onu ürəkdən təbrik edib, ona Ali Məktəbdə gələcək fəaliyyətində uğurlar diləyib və daha yüksək uğurlar qazanmağı arzu edib. 

Qeyd edək ki, X.Cəfərova 20-dən çox elmi işin və ingilis dilində təhsil alan tələbələr üçün “Mathematics -1” (“Riyaziyyat-1”) adlı dərs vəsaitinin  müəllifidir. Daha öncə SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayev tərəfindən ona Fəxri Fərman verilmişdir. X.Cəfərova həmçinin pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də Fəxri Fərmanla təltif edilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1079

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər