BƏƏ səfirliyi beynində şiş olan azərbaycanlı qadının müalicə xərcini qarşılayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

BƏƏ səfirliyi beynində şiş olan azərbaycanlı qadının müalicə xərcini qarşılayacaq

1news Redaksiyası09:53 - 07 / 03 / 2018
BƏƏ səfirliyi beynində şiş olan azərbaycanlı qadının müalicə xərcini qarşılayacaq

Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Azərbaycandakı səfirliyi sosial media proqramlarına uyğun olaraq beynində şiş olan azərbaycanlı qadının müalicə xərcini öz üzərinə götürüb.

1news.az səfirliyin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, qadının təcili əməliyyata ehtiyacı var.

Səfirliyin əməkdaşları qadınla əlaqə saxlayıb, evində ziyarət edib və bildirilib ki, səfirlik BƏƏ Qırmızı Aypara Cəmiyyətilə koordinasiya edərək onun müalicə xərcini qarşılayacaq.

P.Sultanova

 

Paylaş:
1011

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər