Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib – VİDEO

12:10 - 07 / 03 / 2018
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib – VİDEO

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: 

- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur. 

1news.az

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər