3 manata görə qonşu qadını öldürdü: “Gördüm ki, vəziyyəti pis oldu…” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

3 manata görə qonşu qadını öldürdü: “Gördüm ki, vəziyyəti pis oldu…” – VİDEO

13:32 - 09 / 03 / 2018
3 manata görə qonşu qadını öldürdü: “Gördüm ki, vəziyyəti pis oldu…” – VİDEO

Fevralın 27-i saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

1news.az ARB TV-yə istinadla xəbər verir ki, alov söndürüldükdən sonra içəridən ev sahibəsi Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mərhumun boğaz nahiyəsində kəsik olduğu, qabırğalarının isə sındığı müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının tamah məqsədi ilə boğularaq öldürüldüyü, sonradan evinin yandırıldığı müəyyən edilib. Görülmüş tədbirlərlə mərhumun qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Elçin Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

Elçin Mustafayev (saxlanılan şəxs): “Üç manat istədim, dedi yoxumdur. Məni söyüb, qovlamaq istəyəndə, mən də girdim evə. İçkiliydim vurdum, yıxıldı. Bir də dedim 3 manat ver, yenə dedi yoxumdur, söydü məni. Gördüm ki, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün”.

Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra fantaziyasını işə salıb. O, evi yandırmaqla iz itirmək istəyib.

Tural Məmmədov Gəncə Şəhər Prokurorluğunun böyük müstəntiqi:

“Elçin Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparmış, lakin hər hansı bir qiymətli əşya və pul tapmamışdır. Mərhumun mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırmaqla mənzili tərk edib”.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Prezident İlham Əliyev Zəfər parkında olub - FOTOBu gün, 10:14Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıbBu gün, 09:1327 sentyabr Anım Günü - Vətən müharibəsinin başlamasından 4 il ötürBu gün, 09:11Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10
Bütün xəbərlər