Azərbaycandan elektrik enerjisinin ixracı 5 dəfədən çox artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan elektrik enerjisinin ixracı 5 dəfədən çox artıb

14:10 - 09 / 03 / 2018
Azərbaycandan elektrik enerjisinin ixracı 5 dəfədən çox artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 398 milyon 840 min kilovat/saat elektrik enerjisi ixrac edilib.

1news.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ötən 2 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 20 milyon 290 min ABŞ dolları təşkil edib.

Ötən ilin ilk 2 ayında isə ölkədən 74 milyon 816 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri 3 milyon 437 min dollar olub.

Beləliklə də, cari ilin yanvar-fevral aylarında Azərbaycandan elektrik enerjisi ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox artıb.

S.Xankişiyeva

 

Paylaş:
557

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər