Azərbaycanlı nənənin adı Ginnesin rekordlar kitabına düşə bilər – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı nənənin adı Ginnesin rekordlar kitabına düşə bilər – VİDEO

17:27 - 09 / 03 / 2018
Azərbaycanlı nənənin adı Ginnesin rekordlar kitabına düşə bilər – VİDEO

Azərbaycanın ən yaşlı sakininin adı Ginnesin rekordlar kitabına salına bilər.

1news.az-ın Xezerxeber-ə istinadən məlumatına görə, bunun üçün Azərbaycan Milli Elmər Akademiyası Fiziologiya İnstitutu işlər aparmağı planlaşdırır.

İnstitutun dosenti Sevinc Hüseynovanın sözlərinə görə, hələ keçmiş dönəmlərdən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb.

Hüseynova bildirib ki, ölkəmizdə ən yaşlı sakinin 108 yaşı var. Bu, Lənkəranın Gərmətük kənd sakini Vəsmə Abasovadır.

Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların Rekordlar kitabına daxil edilməsi mümkün olmayıb.

S.Xankişiyeva

 

 

Paylaş:
1201

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər