Bayıla suyun verilməsi məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayıla suyun verilməsi məhdudlaşdırılır

11:47 - 09 / 03 / 2018
Bayıla suyun verilməsi məhdudlaşdırılır

Bu gün Bakının Bayıl qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar martın 9-da 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər