Yevlaxda ağır yol qəzası: 19 məktəbli xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda ağır yol qəzası: 19 məktəbli xəsarət alıb

14:23 - 11 / 03 / 2018
Yevlaxda ağır yol qəzası: 19 məktəbli xəsarət alıb

Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb. 

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həmin şəxslər Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsi qızı, İlyasova Tavat Sərraf qızı, Əhmədov Pənah, Əntiqə Qaşqarlıdır.

Yaralılardan Əntiqə Qaşqarlının və daha birinin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

S.Xankişiyeva

 

 

Paylaş:
925

Son xəbərlər

Bütün xəbərlər