Rusiyada Azərbaycan vətəndaşı intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada Azərbaycan vətəndaşı intihar edib

18:35 - 11 / 03 / 2018
Rusiyada Azərbaycan vətəndaşı intihar edib

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana göndəriləcək.

S.Xankişiyeva

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər