Dənizdə köməksiz qalan balıqçılar xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə köməksiz qalan balıqçılar xilas edilib

15:31 - 12 / 03 / 2018
Dənizdə köməksiz qalan balıqçılar xilas edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

1news.az-ın qurumun mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərə­findən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti mən­tə­qəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.

Sahil nəzarəti məntəqəsi tərə­fin­dən cənub istiqamətində xid­mətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanlaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sa­hilə çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu olmaları müəyyən olunub.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər