Tovuzda ana və yeni doğulmuş körpəsi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda ana və yeni doğulmuş körpəsi ölüb

1news Redaksiyası09:09 - 14 / 03 / 2018
Tovuzda ana və yeni doğulmuş körpəsi ölüb

Tovuzda ana və uşaq ölümü baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, A. Dadaşovanın ilk hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
977

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər