Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

21:24 - 16 / 03 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 270 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 65 m3/s təşkil edərək ongünlük normanın 69  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4,  Şirvan və Salyanda 6, Bankə və Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2017-ci il martın 16-da 403 sm), Şirvanda 215 sm (2017-ci il martın 16-da 247 sm), Salyanda 161 sm (2017-ci il martın 16-da 176 sm), Bankədə 177 sm (2017-ci il martın 16-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2017-ci il martın 16-da 98 sm) təşkil edir. 

1news.az

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər