Sevimli Bala ad günü münasibəti ilə xeyriyyə konserti təşkil edib – FOTO

Martın 15-i Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Sevimli Bala layihəsinin 4 illiyinə həsr olunan “Yuxu” adlı xeyriyyə konserti baş tutub.
Bayram konserti Sevimli Bala uşaq klubları şəbəkəsinin peşəkar komandası tərəfindən təşkil olunub və ən yaxşı şagirdlərin iştirakı ilə keçirilib.
Tədbir teatrın foyesində art-sinifi və Gənc Modelyer kursu şagirdlərinin işlərindən ibarət olan kiçik sərgi ilə başlayıb. Sərgi zamanı qonaqlar gənc istedadların gözəl əsərlərinə və ustalıqlarına tamaşa edə biliblər. Daha sonra, qonaqları əsl musiqili tamaşa və əsrarəngiz yuxu dünyasına səyahət gəzləyirdi. Səhnə ard-arda çıxış edən istedadlı uşaqların yaradıcı ruhu ilə dop-dolu idi. Tamaşaçılar səhnədə gəzən tablolar, rəqs edən kovboylar, hərəkətli buludlar və digər çıxışları təbəssüm və riqqətlə izləyiblər.
Qeyd edək ki, Sevimli Bala konsertdən əldə olunan vəsaiti aztəminatlı ailələrin uşaqlarının arzularının reallaşdırılması məqsədi ilə “ASAN Könüllüləri” Təşkilatının ASAN Məktub layihəsinə yönləndirib. Layihə çərçivəsində 3-14 yaş arası uşaqların istəklərinin yer aldığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və həmin məktublarda qeyd olunanlar vətəndaşlar və ya şirkətlər tərəfindən təmin edilir.
Ümumiyyətlə, sosial və xeyriyyə layihələrinin təşkili və həyata keçirilməsi Sevimli Bala işçi heyəti üçün böyük əhəmiyyət kəsb edir. İDEA və ASAN Könüllüləri ilə birgə həyata keçirilən layihələr Sevimli Bala-nın fəaliyyətinin vacib hissələrindən biridir. Bu layihələr çərçivəsində, Sevimli Bala uşaqlarda insanlara, təbiətə qarşı sevgi və ətraf mühitin qorunmasını təbliğ etdirir.
Sevimli Bala layihəsi 2014-cü ilin aprelində böyüyən nəslin inkişafına və tərbiyəsinə töhfə vermək məqsədilə yaradılıb. Sevimli Bala şəbəkəsinin ilk klubu olan Sevimli Bala Elm Mərkəzi, 2014-cü ilin may ayında açılıb və mental hesab, uşaq elmi laboratoriyaları, astronomiya, xarici dillər və s. kimi əlavə dərslərin geniş spektrini təqdim edir. 2016-cı ilin oktyabrında şəbəkənin Talent Studio by Sevimli Bala adlı ikinci klubu açılıb. Burada müxtəlif növ rəqs, rəssamlıq, modelləşdirilmə və aktyorluq sənəti dərslərinin vasitəsilə uşaqların yaradıcılıq potensialı inkişaf etdirilir. Şəbəkənin Baby-Club adlı sonuncu klubu 2016-cı ilin dekabrında açılıb və Rusiyanın məşhur “Бэби-Клуб” şəbəkəsinin Azərbaycanda ilk filialıdır. Bu klubun fəaliyyəti 8 aydan 7 yaşadək olan uşaqların 10 intellektinin inkişafına yönəldilib.
Reklam hüququnda