Kestutis Yankauskas: Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kestutis Yankauskas: Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur

12:44 - 16 / 03 / 2018
Kestutis Yankauskas: Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur

“Ələt limanı hazırda böyüyür və regionun transport habına çevrilir”.

1news.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib. O bildirib ki, Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur:

“Avropa İttifaqı nəqliyyat dəhlizlərinin yaranmasında və istifadəyə verilməsində maraqlıdır və bu layihələri dəstəkləyir. Bu gün təqdim olunan bu layihə daşıma layihələrimizin şaxələndirilməsinə uyğundur.

Bundan əvvəl Ələt limanı ilə birgə keçirdiyimiz layihəyə 264 min avro vəsait ayrılmışdı. Bu gün təqdimatı keçirilən layihəyə - “Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə dair Aİ-nin dəstəyi” layihəsinə 1 milyon avro ayılıb”.

P.Sultanova

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər