Milli komandanın qapıçısı özünü güllələyib – FOTO –VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli komandanın qapıçısı özünü güllələyib – FOTO –VİDEO

11:49 - 17 / 03 / 2018
Milli komandanın qapıçısı özünü güllələyib – FOTO –VİDEO

Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

1news.az-ın ARB TV-yə istinadla verdiyi xəbərə görə, hadisə rayonun Şorsu kəndində qeydə alınıb.

Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb.

Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Firəngiz Əzizova Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdır. O mütəmmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

S.Xankişiyeva

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər