Moskvada zərgərlik mağazasına basqın edən iki azərbaycanlı tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada zərgərlik mağazasına basqın edən iki azərbaycanlı tutulub

14:17 - 18 / 03 / 2018
Moskvada zərgərlik mağazasına basqın edən iki azərbaycanlı tutulub

Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarındakı mənbə oğruların Azərbaycan vətəndaşları olduğunu bildirib.

“Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır”, - deyə həmsöhbət əlavə edib.

Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.

S.Xankişiyeva

 

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər