www.ilhamaliyev2018.az saytının təqdimatı olub – FOTO

Martın 19-da Yeni Azərbaycan Partiyasında (YAP) 11 aprel prezident seçkiləri ilə əlaqədar yaradılmış www.ilhamaliyev2018.az saytının təqdimatı olub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, partiya qanunvericiliyə əsasən əhaliyə təbliğat-təşviqat xarakterli materiallar paylayacaq. Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək. İlk mitinq martın 21-də Nərimanov rayonunda keçiriləcək. Bundan başqa, sosial şəbəkələrdə də təbliğat-təşviqat kampaniyalarına start veriləcək.
Saytla bağlı məlumat verən Milli Məclisin deputatı Vüsal Hüseynov deyib ki, yeni internet resursunda təbliğat imkanları genişdir. Saytda Prezident İlham Əliyevin fəaliyyətini, daxili və xarici siyasətini əks etdirən məlumatlar yerləşdirilib. Buradan Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumatları paylaşmaq da olar.
1news.az