“Əməyin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əməyin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib – FOTO

10:23 - 19 / 03 / 2018
“Əməyin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib – FOTO

ADA Universitetində Ekspo 2025 Ümumdünya Sərgisinə namizəd ölkə Azərbaycan tərəfindən təqdim edilmiş mövzulardan biri olan  “Əməyin gələcəyi” ətrafında  dəyirmi masa arxasında müzakirə keçirilib.

1news.az-ın məlumatına görə, bu müzakirədə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin nümayəndəsi Rəna Abdullayeva, əmək bazarı üzrə ekspert İlkin Nəzərov, Ekspo 2025 Bakı mövzu liderlərindən biri Məryəm Qafarzadə, həmçinin,  riyaziyyat təsisçisi Əli Mərdanov iştirak ediblər.

Rəna Abdullayeva tələbələrə demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran çətinliklər barəsində ətraflı məlumat verib. Azərbaycan əhalisinin dünyanın ən gənc əhalilərindən biri olması faktını qeyd edərək, diqqətini uzunmüddətli proqnozlara və əhalinin demoqrafik strukturunun dəyişilməsinə yönəldib və   Azərbaycan hökumətinin bu sahələrdə islahatlar apardığına istiqamətləndirib.

Nazirlik nümayəndəsi hazırda Azərbaycan əhalisinin 71.3%-ni 15-64 yaş arası insanların, 22% -ni isə 14 yaşa kimi olan uşaqların təşkil etdiyini bildirib. Rəna Abdullayeva  qeyd edib ki,  uzunmüddətli perspektivdə Azərbaycan əhalinin qocalması problemi ilə üzləşir və artıq respublika onların həlli yolları üzrə işləyir. Bildirilib ki, Azərbaycan, həmçinin, Beynəlxalq Əmək Təşkilatının 104-cü sessiyasında “Future of Work” mövzusunun müzakirəsi təşəbbüsünü irəli sürən ilkin dövlətlərdən biri idi.

Məryəm Qafarzadə Ekspo 2025 Bakı layıhəsi haqqında təqdimatı nümayiş edərək, universitet tələbələrinin Dünya Sərgisinin ölkəyə qazandıracağı uzunmüddətli mənfəətlər barəsində olan suallarını cavablandırmışdır. Məryəm Qafarzadə Azərbaycan gəncləri üçün təsiredici “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini xüsusi vurğulayıb.

Ekspert İlkin Nəzərov, öz çıxışında, World Expo 2025-in Azərbaycanda əmək bazarının inkişafına müsbət təsirləri ola biləcəyi haqqında danışıb. Təsisçi Əli Mərdanov təhsilin dəyişən əmək bazarı şərtləri məzmunundakı rolu haqqında öz fikirlərini bölüşüb. Təqdimatın davamında isə ekspertlər dəyirmi masa iştirakçılarının suallarını cavablandırıblar.

1news.az

Paylaş:
1029

Son xəbərlər

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEOBu gün, 12:04Şənbə günü hava necə olacaq? - Proqnoz açıqlandıBu gün, 11:58Bakının Binəqədi-Balaxanı yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:29Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir - FOTOBu gün, 11:22Müdafiə naziri Zəfər parkında olubBu gün, 11:18Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”Bu gün, 10:48Aparıcının azyaşlı övladı bağçada ölübBu gün, 10:34Bakıda evdən 17 min manatdan çox pul oğurlanıbBu gün, 10:29Cəlil Xəlilov: 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdürBu gün, 09:49Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:28Şahdağda qar yağıb - Faktiki havaBu gün, 09:28İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edibBu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqlayıbBu gün, 09:14
Bütün xəbərlər